Modern.az

12 ölkə Ukraynaya 100 tank verməyə RAZILAŞDI

12 ölkə Ukraynaya 100 tank verməyə RAZILAŞDI

Dünya

24 Yanvar 2023, 18:20

Almaniyanın Ramşteyn aviabazasında Ukraynanın müttəfiqləri arasında keçirilən danışıqlarda 12 ölkə Ukrayna Silahlı Qüvvələrinə 100-ə yaxın "Leopard 2" tankının tədarükü barədə razılığa gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə ABC telekanalı diplomatik mənbəyə istinadən məlumat yayıb.

 

Polşa, Finlandiya, İspaniya, Niderland və Danimarka Ukrayna Silahlı Qüvvələrinə silah təhvil verməyə razılaşan ölkələr sırasındadır. Lakin ölkələr tankları tədarük etmək üçün Almaniyanın icazəsini almalıdır.

 

Telekanal bildirir ki, Böyük Britaniyanın Ukraynaya 14 “Challenger 2” tankının təhvil verilməsini elan etməsi Almaniyanın "Leopard 2"nin tədarükünə icazə verməsi üçün “simvolik jest”dir.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?