Modern.az

İsrail Ukraynaya silah verməyə hazırdır

İsrail Ukraynaya silah verməyə hazırdır

Dünya

3 Fevral 2023, 19:24

İsrailin Baş naziri Benyamin Netanyahu Fransa Prezidenti Emmanuel Makronla danışıqlar zamanı ölkəsinin Ukraynaya hərbi texnika verməyə hazır olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə "Times of Israel" nəşri məlumat yayıb.

 

Nəşrin xəbərinə görə, Netanyahu Makronla söhbətində İsrailin Rusiyanı təxribata çəkməmək üçün “çox dərinə getməmək” niyyətində olduğunu bildirib.

 

İsrail baş nazirinin ofisi məlumatı şərh etməkdən imtina edib.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir