Modern.az

Rusiyadan yanacaq tədarükünə qiymət tavanı tətbiq edildi 

Rusiyadan yanacaq tədarükünə qiymət tavanı tətbiq edildi 

Dünya

4 Fevral 2023, 19:24

Avropa İttifaqı Rusiyadan yanacaq tədarükünə qiymət tavanı tətbiq edilməsini təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb.

 

Bildirilib ki, Avropa İttifaqı Şurası “Yeddilər qrupu” ilə birgə Rusiyadan dəniz yolu ilə tədarük olunacaq dizel yanacağına 100 dollarlıq, diskont məhsullara isə 45 dollarlıq qiymət məhdudiyyəti tətbiq edib.

 

Məhdudiyyət Qərb şirkətlərinə və Qərbin logistik kompaniyalarının nəzarət etdiyi ərazilərdə aktiv olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok