Modern.az

Türk dünyasının birləşməsi üçün önəmli addımlar atırıq - Nazir

Türk dünyasının birləşməsi üçün önəmli addımlar atırıq - Nazir

Dünya

4 Fevral 2023, 20:22

Türk dünyasının birləşməsi üçün önəmli addımlar atırıq.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 

O qeyd edib ki, Ukraynadakı müharibəyə görə Orta dəhlizin əhəmiyyəti artıb.

 

“Biz nə etdik? Azərbaycanla birlikdə Qazaxıstanı Bakıya dəvət etdik, sonra da Özbəkistanla Daşkənddə üçtərəfli mexanizmlərimizi başlatdıq. Həm enerji, həm də nəqliyyat dəhlizlərinin güclənməsi üçün addımlar atırıq. Növbəti görüşlərimiz Türkiyədə olacaq”, - Çavuşoğlu bildirib..

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir