Modern.az

Türkiyədə növbəti dəfə zəlzələ oldu

Türkiyədə növbəti dəfə zəlzələ oldu

Dünya

7 Fevral 2023, 14:40

Türkiyənin Adıyaman vilayətində Rixter şkalası ilə 5.1 ballıq yeni zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tviter səhifəsində məlumat yayıb.

 

Məlumata görə, zəlzələ vilayətin Sincik rayonunda qeydə alınıb. Yeraltı təkanın ocağı yerin 6.85 kilometr dərinliyində yerləşib.

 

İtki və dağıntılarla bağlı məlumat verilməyib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?