Modern.az

Zəlzələdən 112 saat sonra gələn xoş xəbər 

Zəlzələdən 112 saat sonra gələn xoş xəbər 

Dünya

10 Fevral 2023, 22:53

Türkiyədə baş verən güclü zəlzələdən sonra 112 saat dağıntılar altında qalan qadın xilas edilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" informasiya agentliyi məlumat yayıb.

 

Bildirilir ki, qadın Kahramanmaraş bölgəsində dağıntıdan çıxarılıb. 45 yaşlı Nur Bayraktar kran vasitəsilə dağıntı altından xilas edilib. O, təcili yardımla xəstəxanaya aparılıb

 

Qeyd edək ki, son məlumatlara görə, Türkiyədə indiyədək zəlzələ nəticəsində 20 min 213 nəfər həlak olub, 80 min 052 nəfər yaralanıb.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et