Modern.az

Gürcüstan 24 saatda 4 dəfə silkələndi 

Gürcüstan 24 saatda 4 dəfə silkələndi 

Dünya

12 Fevral 2023, 22:16

Gürcüstanda son 24 saat ərzində dörd zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

 

Zəlzələlərin əksəriyyəti Gürcüstanın qərbində baş verib.

 

Fevalın 12-si saat 17:55-də ölkənin cənubunda 3,1 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Axalkalaki şəhəri yaxınlığında yerləşib.

 

Daha əvvəl ölkənin qərbində 4,4 və 3,3 bal gücündə zəlzələlər qeydə alınıb. Dünən axşam saatlarında isə 4,3 bal gücündə zəlzələ olub.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et