Modern.az

Türkiyə-Suriya sərhədi açılmayıb, deyilənlər yalandır - Nazir

Türkiyə-Suriya sərhədi açılmayıb, deyilənlər yalandır - Nazir

Dünya

13 Fevral 2023, 17:09

Türkiyənin xarici işlər nazir Mövlud Çavuşoğlu Suriya ilə sərhədin açılmasına dair iddialara aydınlıq gətirib.

 

Modern.az xəbər verir ki, XİN başçısı yayılan məlumatı təkzib edib. 

 

"PKK və YPG-nin nəzarət eydiyi yerlərlə Türkiyə sərhədinin açılması barədə iddialar yalandır. Eyni zamanda Suriyadan çox sayda qaçqının gəldiyinə dair iddia da həqiqəti əks etdirmir”,- nazir deyib.

 

M.Çavuşoğlu, həmçinin Suriyaya edilən humanitar yardımlardan danışıb:

 

“Türkiyəyə olduğu kimi, Suriyaya da humanitar yardımlar edilir. Suriyaya gedən təyyarələr üçün hava məkanını aça bilərik. Suriyalılara yardım hər şeydən əvvəl insani vəzifəmizdir”.

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?