Modern.az

Zəlzələdə nə qədər tibb işçisi həlak olub? - Nazir açıqladı

Zəlzələdə nə qədər tibb işçisi həlak olub? - Nazir açıqladı

Dünya

23 Fevral 2023, 16:03

Türkiyədə baş verən zəlzələ nəticəsində nə qədər səhiyyə xidməti əməkdaşının həyatını itirməsi məlum olub.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

 

O bildirib ki, 448 tibb işçisi təbii fəlakət zamanı həlak olub, daha 528 personal isə yaralanıb.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. 

Twitter
Sizə yeni tvit var
Keçid et