ABŞ Ukraynaya 2 milyard dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hərbi yardım Pentaqonun anbarlarından köçürülməyəcək, istehsalçılardan sifariş ediləcək.
Yeni hərbi yardım paketinə aşağıdakı silah-sursat və texnikalar daxildir:
- HIMARS raket sistemləri üçün əlavə döyüş sursatları;
- 155 mm-lik artilleriya mərmiləri;
- Lazerlə idarə olunan raket sistemləri üçün döyüş sursatları;
- "CyberLux K8" pilotsuz uçuş aparatları;
- "Switchblade 600" kamikadze pilotsuz uçuş aparatları;
- "Altius-600" pilotsuz uçuş aparatları;
- "Jump 20" pilotsuz uçuş aparatları;
- Pilotsuz uçuş aparatları əleyhinə müdafiə sistemləri və radioelektron mübarizə vasitələrini aşkarlayan avadanlıq;
- Mina təmizləmə texnikalarlı;
- Təhlükəsiz rabitə dəstəyi avadanlıqları;
- Təlim, texniki xidmət və təminat üçün əlavə maliyyə.
Akif İsmayılov