ABŞ-ın Alyaska sahillərində 4,6 bal gücündə zəlzələ olub.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Təbii fəlakətin episentri təxminən 150 nəfərin yaşadığı Port Qrem şəhərindən 51,2 kilometr şimal-qərbdə qeydə alınıb.
Zəlzələnin ocağı 38 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.