Modern.az

İran Trampı öldürmək istəyir - General Hacızadə

İran Trampı öldürmək istəyir - General Hacızadə

Dünya

25 Fevral 2023, 23:28

İran ABŞ-ın sabiq prezidenti Donald Trampı öldürmək istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin rəhbəri Əmirəli Hacızadə dövlət televiziyasına müsahibəsində bildirib.

 

O vurğulayıb ki, SEPAH-ın Qüds Qüvvələrinin sabiq komandiri Qasım Süleymaninin öldürülməsinə görə Trampı qətlə yetirmək lazımdır.

 

“İnşallah, biz Trampı öldürməyə çalışırıq. Pompeo (keçmiş dövlət katibi Mayk Pompeo - red.) və əmr verən hərbi komandirlər öldürülməlidir”, - general Hacızadə deyib.

 

Onun sözlərin görə, İran 1650 kilometr mənzilli qanadlı raket hazırlayıb. “Paveh” adlandırılan qanadlı raket ilk dəfə dövlət televiziyasında nümayiş etdirilib. 

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et