Modern.az

Serbiya Ukraynaya silah verdiyini təkzib edir 

Serbiya Ukraynaya silah verdiyini təkzib edir 

Dünya

3 Mart 2023, 21:45

Serbiyanın Müdafiə Nazirliyi ölkənin Ukraynanı sursatla təmin etmədiyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə nazirlik mətbuata bəyanatla çıxış edib.

 

“Serbiyadan olan müəssisələr Ukraynaya silah və hərbi texnika tədarük etməyiblər”, - rəsmi məlumatda deyilir.

 

Xatırladaq ki, Rusiya mətbuatında Serbiyanın Ukraynaya "Qrad" mərmiləri verməsi barədə məlumat yayılıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova vəziyyəti izlədiklərini söyləyib.

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?