Modern.az

Zurabişvili ABŞ-a gedir

Zurabişvili ABŞ-a gedir

Dünya

5 Mart 2023, 13:16

Gürcüstan prezidenti Salome Zurabişvili ABŞ-a işgüzar səfər edəcək.

 

Modern.az "Sputnik Georgia"ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyası məlumat yayıb.

 

Bildirilib ki, o, Nyu-Yorkda BMT-nin İqtisadi və Sosial Şurasında qadınların statusu üzrə komissiyanın 67-ci sessiyasında iştirak edəcək.

 

Həmçinin səfər çərçivəsində BMT-nin baş katibi və baş katibinin müavini, eləcə də təşkilatın digər yüksək vəzifəli şəxsləri ilə görüşlər nəzərdə tutulub. Zurabişvili gürcü diasporunun nümayəndələri ilə görüşməyi də planlaşdırır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et