Modern.az

Ruslar ötən il daha çox araq içib

Ruslar ötən il daha çox araq içib

6 Mart 2023, 10:54

2022-ci ildə Rusiya sərt spirtli içki istehlakını 7,5% artıb.

 

Modern.az xəbər verir ki, bu barədə "FinExpertiza" audit şirkətinin məlumatında qeyd olunub.

 

Bildirilib ki, ötən il Rusiyada hər şəxs orta hesabla 6,8 litr spirtli içki içib. Rusiyada şərab istehlakı isə 5,5% azalaraq 6,2 litr təşkil edib. Pivə istehlakı göstəriciləri sabit qalıb, 2022-ci ildə cəmi 0,06% azalaraq adambaşına 52,2 litr olub.

 

Ümumilikdə ötən il Rusiyada sərt spirtli içkilərdən araq və konyak satışı artıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var