Modern.az

Zəlzələ ilə bağlı neçə nəfər tutulub? - İNFOQRAFİKA

Zəlzələ ilə bağlı neçə nəfər tutulub? - İNFOQRAFİKA

Dünya

6 Mart 2023, 13:00

Türkiyədə zəlzələ ilə bağlı araşdırmalar davam edir.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, həbs olunanların sayı 247 nəfərə çatıb.

 

Bildirilib ki, məsuliyyəti müəyyən olunan 997 nəfərdən 198-i barəsində saxlanılma qərarı çıxarılıb, 102-si isə artıq saxlanılıb. 9 nəfərin isə ölkə xaricində olduğu qeyd olunub.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb. Malatyada da 5.6 ballıq daha bir zəlzələ baş verib. Daha sonra Kahramanmaraşda 5 ballıq yeni yeraltı təkan olub.

 

Twitter
Sizə yeni tvit var
Keçid et