Modern.az

Polkovnik zəlzələ bölgəsində həlak olub

Polkovnik zəlzələ bölgəsində həlak olub

Dünya

8 Mart 2023, 10:57

Türkiyə ordusunun hərbi qulluqçusu zəlzələ bölgəsində həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

 

O qeyd edib ki, helikopter havaya qalxarkən onun pərvanəsi hərbçiyə çırpılıb və polkovnik Oğuzhan Adalıoğlu dünyasını dəyişib.

 

Hərbçinin jandarma Baş Komandanlığında xidmət etdiyi bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et