Modern.az

Türkiyəni ən son Can Azərbaycanın xilasediciləri tərk etdi - Çavuşoğlu

Türkiyəni ən son Can Azərbaycanın xilasediciləri tərk etdi - Çavuşoğlu

Dünya

12 Mart 2023, 00:48

Xarici ölkələrdən Türkiyəyə gələn bütün axtarış-xilasetmə qrupları ölkələrinə geri qayıdıb.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

 

Nazir deyib ki, Türkiyədə axtarış-xilasetmə işlərinə 90 ölkədən 11 min 320 nəfər köməyə gəlib.

 

"Ən son Can Azərbaycan qalmışdı. Can Azərbaycan da işlərini tamamladıqdan sonra geri döndü”, - o vurğulayıb.

 

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycandan qardaş ölkəyə ümumilikdə 760 nəfər axtarış-xilasetmə heyəti gedib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et