Modern.az

Haaqada kütləvi etirazlar - Minlərlə insan küçələrə axışdı

Haaqada kütləvi etirazlar - Minlərlə insan küçələrə axışdı

Dünya

12 Mart 2023, 00:54

Martın 11-də Niderlandın Haaqa şəhərində fermerlər və ekoloqlar etiraz aksiyası keçiriblər.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Axşam saatlarında polis icazəsiz aksiya keçirən 100-ə yaxın fəalı dağıtmaq üçün su şırnaqlarından istifadə edib.

 

Bundan əlavə, 10.000-dən çox niderlandlı fermer hökumətin azot emissiyalarını məhdudlaşdırmaq planlarına etiraz edib. Etirazçıların fikrincə, bu addım bir çox təsərrüfatların bağlanmasına və ərzaq istehsalına zərbə vuracaq.

 

Haaqanın başqa bir bölgəsində minlərlə ekoloq qalıq yanacaqlardan istifadəni təşviq edən vergi qaydalarına qarşı icazəsiz etiraz aksiyası keçirərək böyük magistral yolu bağlayıb. Polis aksiyaçıları dağıtmaq üçün burada da su şırnaqlarından istifadə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et