Modern.az

Rusiya ilə əlaqədə şübhəli bilinən 3 siyasətçi həbs olundu

Rusiya ilə əlaqədə şübhəli bilinən 3 siyasətçi həbs olundu

Dünya

12 Mart 2023, 16:10

Estoniyada məhkəmə Rusiya ilə Estoniyaya qarşı əlaqələr qurmaqda şübhəli bilinən 3 siyasətçini iki ay müddətinə həbs edib.

 

Modern.az Estoniyanın ERR telekanalına istinadən xəbər verir ki, həbs edilənlərdən biri “Koos” (“Birlikdə”) hərəkatının lideri Ayvo Petersondur.

 

Hər üç şəxs martın 9-dan 10-na keçən gecə saxlanılıb. Saxlanılan digər siyasətçilər isə Dmitri Rootsi və Andrey Andronovdur. Peterson və Rootsi Estoniya vətəndaşıdır, Andronov isə Estoniyada daimi yaşamaq icazəsi olan Rusiya vətəndaşıdır.

 

Məlumata görə, Peterson dəfələrlə Rusiyanın hərəkətlərini dəstəkləyib və bu yaxınlarda Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bölgələrinə səfər edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?