Modern.az

Ölümü ilə məşhurlaşan hərbçi ukraynalı deyilmiş

Ölümü ilə məşhurlaşan hərbçi ukraynalı deyilmiş

Dünya

13 Mart 2023, 17:12

“Slava Ukraini” ifadəsinə görə Rusiya ordusu tərəfindən güllələnən məşhur hərbçinin Moldova vətəndaşı olduğu açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Aleksandr Matsievski adlı hərbçiyə “Ukrayna Qəhrəmanı” adı verilib.

 

Moldova XİN bəyan edib ki, onlar döyüşçünün qətlini qətiyyətlə pisləyir və Matsievskinin qətli hərbi cinayət və beynəlxalq humanitar hüququn pozulması kimi qiymətləndirilə bilər.

 

Qeyd edək ki, Çerniqov vilayətinin ərazi müdafiəsinin 119-cu əlahiddə briqadasının 163-cü batalyonunun döyüşçüsü olmuş Aleksandr Matsiyevskinin nəşi Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi çərçivəsində ailəsinə təhvil verilib. Qohumları onun şəxsiyyətini Kiyevdəki morqda müəyyən ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et