Modern.az

İki regional idarəyə müvəqqəti rəis TƏYİN OLUNDU

İki regional idarəyə müvəqqəti rəis TƏYİN OLUNDU

Mədəni̇yyət

15 Mart 2023, 10:36

Şəki Regional Mədəniyyət İdarəsinə müvəqqəti rəis təyin edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, İdarənin rəisi vəzifəsi üzrə əmək funksiyalarının icrası müvəqqəti olaraq Aqaəli Cəlilova həvalə olunub.

 

Bundan başqa, Rafiq Söhrab oğlu İsgəndərova Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi üzrə əmək funksiyalarının icrası müvəqqəti həvalə edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok