Modern.az

Azərbaycanda ÜDM artıb

Azərbaycanda ÜDM artıb

İqtisadiyyat

17 Mart 2023, 11:04

Ötən il Azərbaycanda 133,8 mlrd. manatlıq və ya 2021-ci illə müqayisədə 4,6% çox Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunub.  

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub. 

 

İqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 2022-ci ildə 2021-ci ilə nisbətən 2,7% azalıb, qeyri neft-qaz sektorunda isə 9,1% artıb. Qeyri neft-qaz sektorunun artımına nəqliyyat və anbar təsərrüfatı, turizm və ictimai iaşə və tikinti sahələri artırıcı təsir göstərib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir