Modern.az

Ərdoğanın namizədliyi üçün rəsmi müraciət edildi

Ərdoğanın namizədliyi üçün rəsmi müraciət edildi

Dünya

21 Mart 2023, 16:16

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyətçi Hərəkat Partiyasının (MHP) nümayəndələri Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi ilə bağlı Ali Seçki Komissiyasına müraciət edib.

 

Modern.az xəbər verir ki, Ərdoğanın prezidentliyə namizədliyi üçün müraciəti AKP-dən parlament fraksiyasının rəhbəri İsmət Yılmaz, partiyanın sədr müavini Əli İhsan Yavuz, MHP-dən isə parlament fraksiyası rəhbərinin müavini Erkan Akçay və MHP sədrinin müavini Feti Yıldız təqdim ediblər.

 

Qeyd edək ki, 16 martda hər iki partiyanın parlament fraksiyası Ərdoğanın namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul etmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok