Modern.az

Ermənistan və İran arasında Laçın yolu müzakirəsi

Ermənistan və İran arasında Laçın yolu müzakirəsi

Qarabağ

22 Mart 2023, 19:02

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İranın xarici işlər nazirinin müavini Əli Baqeri Kani ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Görüş zamanı ikitərəfli əlaqələr, regional təhlükəsizlik mövzuları müzakirə olunub.

 

Mirzoyandan əvvəl Kani Ermənistan XİN başçısının müavini Vahan Kostanyanla danışıqlar aparıb. Görüş zamanı Laçın yolundakı vəziyyət müzakirə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir