Modern.az

Baydendən İrana qəti xəbərdarlıq: Hazırıq...

Baydendən İrana qəti xəbərdarlıq: Hazırıq...

Dünya

25 Mart 2023, 11:09

ABŞ Prezidenti Co Bayden ölkəsinin Suriyada yerləşən hərbi bazasının İranın dəstəklədiyi qüvvələr tərəfindən raket hücumuna məruz qalmasına münasibət bildirib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Bayden ABŞ-ın İranla hərbi münaqişəyə girmək istəmədiyini söyləyib.

 

“İranla münaqişəyə can atmırıq. Lakin vətəndaşlarımızın müdafiəsi üçün qətiyyətlə addım atmağa hazırıq”, - deyə prezident vurğulayıb.

 

Qeyd edək ki, Suriyanın şərqində yerləşən Deyrizor rayonunda İranın dəstəklədiyi terrorçu qruplaşmalar ABŞ qüvvələrinin nəzarətində olan Ömer petrol və Kuniko qaz sahələrinə raketlə hücum edib. ABŞ qüvvələri hücumlara top və raketlə cavab verib. Hücum zamanı ABŞ hərbçiləri arasında yaralananlar olub.

Bu xəbər ilə bağlı
ABŞ və İran qüvvələri arasında atışma - Yaralılar var
Xəbəri oxu
Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok