Modern.az

Zəhərlənən şagirdlərdən birinin vəziyyəti ağırdır - TƏBİB

Zəhərlənən şagirdlərdən birinin vəziyyəti ağırdır - TƏBİB

Təhsil

6 Aprel 2023, 14:56

TƏBİB 20 saylı məktəb-liseydə zəhərlənən şagirdlərin son vəziyyətini açıqlayıb.

 

Modern.az xəbər verir ki, zəhərlənmə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub. Təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb edilib:

 

"6 nəfər (4-ü qadın, 2-si kişi cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib. Onlardan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərə (vəziyyətləri qənaətbəxş) tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində, 1 nəfərə (vəziyyəti ağır qiymətləndirilir) Reanimasiya şöbəsində zəruri tibbi xidmətlər göstərilir", - rəsmi məlumatda deyilir.

 

Qeyd edək ki, aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseyin şagirdləri arasında kütləvi zəhərlənmə olub.

Bu xəbər ilə bağlı
Bakıda şagirdlər arasında kütləvi zəhərlənmə - YENİLƏNİB
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok