Modern.az

Ən yüksək balı o toplayıb - YENİLƏNİB

Ən yüksək balı o toplayıb - YENİLƏNİB

Təhsil

7 Aprel 2023, 15:34

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5 mart 2023-cü il tarixində keçirilən imtahanda ən yüksək nəticə göstərən şagirdin kimliyi məlum olub. 

 

Modern.az-ın əldə etdiyi məlumata görə, həmin şəxs 296.7 bal toplayan şagird Hacıyev Arif Nəriman oğludur.

 

O, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 11b sinfində oxuyur.

***

15:10

 

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5 mart 2023-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

 

Bu barədə Modern.az-a DİM-dən məlumat verilib.

 

Bildirilib ki, imtahan iştirakçıları arasında ən yüksək nəticəni 296.7 bal toplayan Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin şagirdi göstərib.

 

Məlumata görə, həmin şagird 2 il əvvəl də 9-cu sinif buraxılış imtahanında 282.6 bal toplamaqla yüksək nəticə ələ etmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var