Modern.az

Aktrisa DİM-dən şikayət etdi: Budur ədalət?

Aktrisa DİM-dən şikayət etdi: Budur ədalət?

Təhsil

18 Aprel 2023, 19:04

Aktrisa Ellada Sarvan qızının imtahandan xaric edilməsinə görə Dövlət İmtahan Mərkəzindən (DİM) şikayətçidir.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "Facebook" səhifəsində yazıb.

 

Ellada Sarvan iddia edir ki, qızı Əhmədova Nur cibində yadından çıxıb qalan telefonu nəzarətçiyə təhvil versə də, imtahandan xaric olunub:

 

"Qızım imtahan binasına daxil olanda yoxlandıqdan sonra keçib zala. Gödəkçəsini soyunanda cibində atasının (köhnə markalı Nokia, Nurun öz telefonu yoxdu) telefonunu görüb, çıxarıb təhvil verib nəzarətçiyə. İmtahana bir saat 10 dəqiqə vaxt qalmışdı, imtahan vaxtı üstündə tutulmayıb. Heç nəyə məhəl qoymadan, imtahan zalına girən kişi müəllim uşağa qarşı kobudluq edib ki,  "harasından çıxardıb bu telefonu, bilmirəm. Sənə görə zibilə düşməliyəm?? Çıx öz problemini çöldə həll elə" deyib telefonu tullayıb stolun üstünə. Uşaq ağlayıb ki, axı mən özüm təhvil verdim,  çıxarmayn məni. Deyiblər ki, "kameralara düşüb telefon, xeyri yoxdur". Akt imzaladıblar qızıma. Nuru binadan uzaqlaşdırıblar. Başa düşürəm, səhv məndə olub yoxlaya bilərdim, amma bu iş məqsədyönlü olmayıb, qızımın telefona, şparqalkaya ehtiyacı  yoxdur. Həmin gün hava birdən dəyişdi, evdən çıxarkan dedim isti gödəkçəni geyin. Telefon onun cibində imiş bilməyib. Yenə deyirəm, uşağı yoxlayıb içəri buraxıblar. Belə çıxır ki, qızım yalan danışsaydı, heç kim o telefon haqqında bilməyəcəkdi və uşaq rahat imtahanı verib çıxacaqdı? Budur ədalət?!"

 

Aktrisa qızının taleyindən narahatdır və yenidən imtahan götürülməsini tələb edir:

 

"Dövlət İmtahan Mərkəzinə müraciət etdim ki, uşaq təkrar imtahan versin. Dedilər ki, olmaz. Nəyə görə mənim uşağımın attestatında ləkə qalmalıdır? 


90+ bal alan uşaq niyə bu stressi çəkməlidir? Mənəvi zərbə aldı, onun cavabını kim verəcək?
Bunu yazmaqda məqsədim odur ki, araşdırılma aparılsın, mənim övladım imtahana buraxılsın. Təəssüf ki, mənim heç bir sübutum yoxdur. Biz kameradakı görüntüləri istədik məktəbdən. Məlum oldu ki, heç kamera da yoxdur. Mənim sübutum mənim övladımdır".

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok