İsrail xarici işlər naziri Eli Kohen Azərbaycana səfəri ilə bağlı özünün "Tvitter" səhifəsində paylaşım edib.
Modern.az xəbər verir ki, o, İsraildən Azərbaycana gələn heyətin tərkibində təhlükəsizlik, energetika və aqrar sahə ilə bağlı təxminən 30 şirkətin nümayəndəsinin olduğunu bildirib.
“Əməkdaşlığı genişləndirir, hər iki ölkənin iqtisadiyyatı və təhlükəsizliyinə töhfə veririk. Bu, İsrail və Azərbaycan əlaqələrində yeni dövrdür”, - deyə nazir qeyd edib.