Modern.az

Azərbaycanda 30 yeni yoluxma - ÖLƏN YOXDUR

Azərbaycanda 30 yeni yoluxma - ÖLƏN YOXDUR

Aktual

22 Aprel 2023, 16:04

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 30 yeni yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

 

İndiyədək ümumilikdə 831 095 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 820 558 nəfər müalicə olunaraq sağalıb, 10 222 nəfər vəfat edib, aktiv xəstə sayı 315 nəfərdir.

 

Son sutka ərzində 833, hazırkı dövrədək isə 7 582 030 test aparılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et