Fransanın Moskvadakı səfirliyinə naməlum maddə yerləşdirilmiş məktub göndərilib.
Modern.az xəbər verir ki, bu barədə TASS agentliyi hüquq-mühafizə orqanlarına istinadən bildirib.
Şübhəli məktubun içində nə olduğu barədə məlumat verilməyib.
"Fransa səfirliyinin əməkdaşları bazar ertəsi axşam saatlarında içərisində naməlum maddə olan məktub alıblar. Hazırda hüquq-mühafizə orqanları hadisə yerində işləyir", - agentlik yazıb.
Fransa Xarici İşlər Nazirliyi və səfirlik hadisə ilə bağlı açıqlama verməyib.
Xatırladaq ki, bir müddət əvvəl Finlandiyanın Rusiyadakı səfirliyinə də şübhəli məktublar göndərilmişdi.