Ramazan bayramı münasibətilə YAP Kəlbəcər rayon Təşkilatı şəhid ailələrini ziyarət edib.
Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov Ramazan bayramı münasibəti ilə Gəncə şəhəri Gülüstan qəsəbəsində Şəhid Heydərov Qismət İsmayıl oğlunun anası Gülandam ananı, Gəncə şəhəri Gülüstan qəsəbəsində Vətən müharibəsi iştirakçısı Kapitan Şəhid İlham Fərzəliyevin ailəsini, Bakı şəhəri Suraxanı rayonu Ramanı Qəsəbəsində yaşayan Vətən müharibəsi Şəhidi Polkovnik-leytenant Zaur Hüseyn oğlu Cəfərovun ailəsini və Suraxanı rayonu Ramana qəsəbəsində Kəlbəcər rayonundan olan şəhid, cəsur döyüşçü Məhərrəmli Fuad Fizuli oğlunun ailəsini ziyarət edərək Ramazan bayramlarını təbrik edib və Bayram sovqatları çatdırıb.
Sədr Həbib Misirov möhtərəm prezidentimiz cənab İlham Əliyevin və Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğı barədə ətraflı məlumat verib.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin rəhbərliyinə öz dərin minnətdarlığlarını bildiriblər. Şəhidlərin ailə üzvlərinin ziyarətində sədr Həbib Misirovla birlikdə Kəlbəcər şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi Ülvan Əsgərov, Gürcüstanda fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin İcraçı direktoru Rəna Hüseyinova və Mərkəzin sədri Leyla Əmrahova iştirak ediblər.
Allah bütün Şəhidlərimizə rəhmət etsin.