“WhatsApp” tərtibatçıları “Telegram”da istifadə edilən daha bir funksiyanı öz tətbiqlərinə əlavə etməyə hazırlaşır.
Modern.az xəbər verir ki, növbəti yeniləmələrdən birində mesencerə kanallar əlavə ediləcək.
Belə ki, kanallar “Telegram”da olduğu kimi eyni prinsiplə işləyir: qlobal axtarış var, lakin tövsiyə sistemi yoxdur.
Bu cür kanallarda telefon nömrələri və onlara abunə olan istifadəçilər haqqında məlumatlar gizli olacaq. Ancaq kanallardakı mesajlar “başdan sona” (“end-to-end”) texnologiyasından istifadə edilməklə şifrələnməyəcək.
Kanallar artıq “iOS” və “Android” üçün “WhatsApp” proqramının beta versiyalarında mövcuddur. Əgər sınaq uğurlu olarsa, o zaman funksiya növbəti yeniləmədə görünəcək.
