Modern.az

Bakının da mövqeyi öyrənilməlidir - Nazirdən Avropa İttifaqına irad

Bakının da mövqeyi öyrənilməlidir - Nazirdən Avropa İttifaqına irad

Aktual

27 Aprel 2023, 13:54

Avropa İttifaqının Ermənistanda missiyasının fəaliyyəti Ermənistan və Azərbaycan arasında münasibətlərə xələl gətirməməlidir. 

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda fransalı həmkarı Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

 

"Fransa bura üzv olan dövlətlərdən biridir. Eyni zamanda danışıqlar zamanı Azərbaycanın da mövqeyi öyrənilməli və dəyərləndirilməlidir. Avropa İttifaqı iki ölkə arasında əlaqələrə və sülhə töhfə verməlidir", - deyə XİN başçısı vurğulayıb.

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?