Modern.az

Naxçıvanda yeni vəzifələr təsis edilir

Naxçıvanda yeni vəzifələr təsis edilir

Aktual

27 Aprel 2023, 17:34

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəlik institutunun fəaliyyətinin təmin edilməsi məqsədi ilə əlaqədar yeni vəzifələr təsis edilib.

 

Modern.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu” haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Layihəyə əsasən, təsis edilən vəzifələr İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusuna uyğun olaraq təsnifləşdirilib.

 

Qanun layihəsi plenar iclasa tövsiyə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et