Modern.az

Masallı sakini “Kalaşnikov” və narkotiklə tutuldu - FOTO

Masallı sakini “Kalaşnikov” və narkotiklə tutuldu - FOTO

Aktual

28 Aprel 2023, 09:30

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və qanunsuz odlu silah-sursatın saxlanılmasında şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Emin Nuriyev saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, keçirilən baxış zamanı onun üzərindən yarım kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.

 

Əməliyyat tədbirlərinin davamı nəticəsində E.Nuriyevin Masallı şəhəri ərazisində yerləşən istifadəsiz yarımtikilidə gizlətdiyi 1 ədəd AK-74 markalı avtomat, 1 ədəd daraq və 4 ədəd patron aşkarlanıb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 

Faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et