Modern.az

Qanunsuz silah saxlayanlara qarşı ƏMƏLİYYAT

Qanunsuz silah saxlayanlara qarşı ƏMƏLİYYAT

Aktual

1 May 2023, 11:04

Quba sakinlərində qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat bildirilib.

 

Qeyd edilib ki, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri nəzarət-profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 3 ədəd "Toz" markalı ov tüfəngi və onlara məxsus patronlar aşkarlanaraq götürülüb və aidiyyəti üzrə təhvil verilib.

 

Faktlar üzrə Quba RPŞ-də müvafiq araşdırmalar aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et