Modern.az

Avroviziya təmsilçilərimiz səhnə məşqlərinə başladılar - FOTOLAR

Avroviziya təmsilçilərimiz səhnə məşqlərinə başladılar - FOTOLAR

Aktual

1 May 2023, 16:10

Azərbaycanı Avroviziyada təmsil edən TuralTuranX qardaşları səhnə məşqlərinə başlayıblar.

 

Bu barədə Modern.az-a İTV-dən məlmat verilib.

 

Bildirilib ki, təmsilçilər Tural və Turan əkiz qardaşları - TuralTuranX artıq müsabiqənin keçirildiyi Liverpul şəhərindədirlər. Əkizlər mayın 9-da 1-ci yarımfinalda çıxış etmək üçün səhnə məşqlərinə başlayıblar.

 

Xatırladaq ki, onlar 12-ci nömrə altında səhnəyə çıxacaqlar. Müsabiqə İctimai Televiziyanın canlı yayımında təqdim olunacaq.

 

Qeyd edək ki, Avroviziyanın yeni qaydalarına əsasən, müsabiqədə iştirak etməyən ölkələr də bu il səsverməyə qatıla biləcəklər.

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?