Modern.az

Əbədiyaşar Lider

Əbədiyaşar Lider

Aktual

3 May 2023, 09:46

"Heydər Əliyev İli" çərçivəsində Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin  Kəlbəcər rayon 69 saylı orta məktəbi Gəncə şəhəri Heydər Əliyev Mərkəzində Əbədiyaşar Lider mövzusunda tədbir keçirdi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsin ziyarət ediblər.

 

Mərkəzin bələdçiləri tərəfindən şagirdlərə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponatlar, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib.

 

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov xalqımızın Ümummilli Lideri, dünya şöhrətli siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan və milli quruculuq fəaliyyətindən, Azərbaycan xalqının taleyində, milli birlik və dövlətçiliyin formalaşmasında, o cümlədən ölkənin beynəlxalq mövqeyinin möhkəmlənməsində əvəzsiz xidmətlərindən, şəxsiyyətin siyasi, iqtisadi, elm, təhsil və digər sahələrdə həyata keçirdiyi islahatlardan danışdı. Bildirdi ki, bu gün insanlar tarixi vərəqlədikcə Heydər Əliyev zəkasının, düşüncəsinin, müdrikliyinin böyüklüyünü bir daha hiss edir, Ümummilli Liderin respublikamız, xalqımız üçün misilsiz xidmətlər göstərdiyinin şahidi olurlar.

 

“Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır”.

 

Məktəbin direktoru Hikmət Mamedov çıxışında bildirdi ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Bununla bağlı məktəblərdə tədbirlər həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin  parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətləri barədə danışdı.

 

Tədbirin sonunda xatirə fotosu çəkdirildi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et