Modern.az

Ukraynada neft anbarı “Şahed”lə vurulub

Ukraynada neft anbarı “Şahed”lə vurulub

Aktual

3 May 2023, 10:36

Rusiya İran istehsalı "Şahed" pilotsuz uçuş aparatı ilə Ukraynanın Kirovoqrad vilayətinin mərkəzi hesab edilən Kropivnitski şəhərindəki neft anbarını vurub.

 

Modern.az xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Andrey Raykoviç bildirib.

 

Onun sözlərinə görə, neft bazasına üç kamikadze pilotsuz uçan aparat ilə hücum edilib, itki yoxdur. Zərbənin nəticələrinin aradan qaldırılmasına dərhal başlanılıb, dəymiş ziyanla bağlı məlumat dəqiqləşdirilir.

 

Qeyd edək ki, gecə saatlarında Ukraynanın bir neçə bölgəsi, o cümlədən Kiyev vilayəti növbəti kütləvi hücuma məruz qalıb. Kiyevdə səlahiyyətlilər bildiriblər ki, hava hücumundan müdafiə qüvvələri bütün pilotsuz uçuş aparatlarını vurub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et