Modern.az

Astarada 54 yaşlı kişi itkin düşüb - FOTO

Astarada 54 yaşlı kişi itkin düşüb - FOTO

Aktual

3 May 2023, 11:58

Astarada 54 yaşlı kişi itkin düşüb.

 

Modern.az-ın məlumatına görə, hadisə mayın 1-də rayonun Pəlikeş inzibati ərazi dairəsinə aid olan Dirya kəndində qeydə alınıb.

 

Belə ki, həmin kənd sakini, 1969-cu il təvəllüdlü Eynəli Cəlal oğlu Əzizov axşam saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

 

Daha sonra onun yaxınları polisə müraciət ediblər.

 

Hazırda E.Əzizovun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et