Modern.az

Moldova və Gürcüstana hərbi yardım ayrıldı

Moldova və Gürcüstana hərbi yardım ayrıldı

Aktual

4 May 2023, 14:36

Avropa İttifaqı (Aİ) Moldovaya 40 milyon, Gürcüstana isə 30 milyon avro hərbi yardım ayırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel bildirib.

 

Vəsait iki ölkənin Silahlı Qüvvələrini dəstəkləmək üçün nəzərdə tutulub. Avropa Sülh Fonundan ayrılacaq vəsaitlə Moldova və Gürcüstan maddi-texniki təminat, komanda-nəzarət və hava məkanına nəzarət vasitələri alacaqlar.

 

"Bu yeni yardımlar vasitəsilə biz Moldova Respublikası Silahlı Qüvvələrinin və Gürcüstan Müdafiə Qüvvələrinin imkanlarının modernləşdirilməsini dəstəkləməyə davam edirik", - Borell deyib.

Whatsapp
Bizə yazın!
Keçid et