Modern.az

Naftalanda sahibkarlarla dövlət qurumları arasında fərdi görüşlər keçirilib - FOTOLAR

Naftalanda sahibkarlarla dövlət qurumları arasında fərdi görüşlər keçirilib - FOTOLAR

Aktual

5 May 2023, 14:10

Gəncə Destinasiya Menecmenti Təşkilatının və Dövlət Məşğulluq Agentliyi Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının təşəbbüsü o cümlədən KOB dostu departamentinin Gəncə-Qazax regional koordinatorluğunun, Naftalan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Naftalan şəhərində turizm sektorunda fəaliyyət göstərən sahibkarlarla fərdi görüşlər təşkil olunub.

 

Modern.az xəbər verir ki, görüşdə aidiyyatı qurumların fəaliyyət istiqamətləri, xidmətləri və bu sahədəki yenilikləri, o cümlədən sahibkara dəstək mexanizmləri barədə ətraflı məlumat verilərək mövcud imkanlar və nəticəyönümlü əməkdaşlığın perspektivləri müzakirə edilib.

 

Dövlət sektoru nümayəndələri sahibkarlara dəstək olmaq məqsədi ilə turizm sənayesində mövcud bizneslərin inkişafına, investisiya imkanlarının artırılmasına və sahibkar maraqlarının müdafiəsinə yönələn xidmət və məhsulları haqqında turizm müəssisələrinin rəhbərlərini məlumatlandırıblar.

 

Naftalan şəhərində yerləşən 8 fərqli turizm müəssisələrinin rəhbərləri ilə görüş zamanı sahibkarlarla sənayedə olan mövcüd vəziyyət, kadr hazırlığı istiqamətində yaşanan problemlər haqqında geniş müzakirələr aparılıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et