Mayın 5-də saat 8 radələrində metronun “Ulduz” stansiyasında bir qadının çantasından içərisində 1112 manatı, sənəd və bank kartları olan pul qabının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Bu barədə Modern.az-a DİN-dən bildirilib.
Qeyd edilib ki, metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Əzimov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.