“Keçən il axtarışda olan 23 təqsirləndirilən şəxsdən 9-u tutulub, 14 nəfərin axtarışı davam etdirilir".
Modern.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov deyib.
O qeyd edib ki, axtarışda olan 14 nəfərdən 11-nin digər xarici dövlətlərdə olduğu müəyyən edilib.
“Keçən il məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış 12 nəfərdən 9-u 7 ildən 10 ilədək, bir nəfər 3 il müddətinə azadlıqdan məhrumetmə və bir nəfər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub, daha bir şəxsin cəzası himayəsində olan uşağı 14 yaşına çatanadək təxirə salınıb”,- deyə İdarə rəisi bildirib.