Modern.az

Tərbiyə müəssisəsindən 1 nəfər azadlığa buraxıldı

Tərbiyə müəssisəsindən 1 nəfər azadlığa buraxıldı

Aktual

8 May 2023, 13:56

Prezident İlham Əliyevin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Tərbiyə müəssisəsində icra edilib.

 

Modern.az xəbər verir ki, müəssisədən sərəncam 1 nəfərə şamil edilib və o azadlığa buraxılıb.

 

Sərəncam Penitensiar Xidmətin Müalicə Müəssisəsində də icra olunub. Müəssisədə sərəncam 8 nəfərə şamil edilib. 3 nəfər azadlığa buraxılıb, 5 nəfərin cəzası azaldılıb.

 

Qeyd edək ki, bu gün 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et