Modern.az

Azərbaycan Heydər Əliyevin xatirəsinə böyük hörmətlə yanaşır

Azərbaycan Heydər Əliyevin xatirəsinə böyük hörmətlə yanaşır

Aktual

10 May 2023, 10:04

Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Azərbaycan öz böyük oğlunun xatirəsinə böyük hörmətlə yanaşır.

 

Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində deyib.

 

Dövlətimizin başçısı imzaladığı Sərəncamla 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunduğunu vurğulayaraq bildirib ki, ilin əvvəlindən bu günə qədər və ilin sonuna qədər həm ölkəmizdə, həm də müxtəlif ölkələrdə bir çox tədbirlər keçirilmişdir və keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?