Modern.az

İrandakı zəlzələ Naxçıvanda da hiss edildi

İrandakı zəlzələ Naxçıvanda da hiss edildi

Aktual

11 May 2023, 21:18

İranda 4 maqnitudalı zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

 

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 20:17-də Heydərabad stansiyasından 30 kilometr cənub-qərbdə, İran ərazisində qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

 

Təbii hadisə Heydərabad, Sədərək və Şahbuz rayonlarında 3 bala qədər hiss olunub.

Whatsapp
Bizə yazın!
Keçid et