Modern.az

Eyni üsullarla prezident olmaq istəyirlər - Ərdoğan 

Eyni üsullarla prezident olmaq istəyirlər - Ərdoğan 

Aktual

12 May 2023, 00:04

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məmləkət Partiyasının sədri Muharrem İncenin namizədliyini geri çəkməsinə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, Sincanda çıxışı zamanı danışıb.

 

Ərdoğan qeyd edib ki, dünən hansısa videolarla partiya sədri kürsüsünə gətirilənlər, bu gün də eyni üsulla prezident olmağa çalışırlar.

 

"Görürsünüzmü, indi bir namizədi geri çəkilməyə məcbur etdilər. Görünür, FETÖ üsulları yenidən işə başlayıb”- Ərdoğan bildirib.

 

Qeyd edək ki, ötən gün ictimaiyyətə müraciət edən İnce namizədlikdən çəkildiyini açıqlayıb. Bununla da Türkiyədə 14 mayda keçiriləcək prezident seçkilərində namizədlərin sayı 3-ə düşüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et